Gələcəyin ulduzu kimi göstərilən “Borussiya”nın 19 yaşlı futbolçu Osman Dembele “Barselona”da oynamaq istədiyni dilə gətirib.
Sportal.az xəbər verir ki, gənc hücumçu bu haqda belə danışıb:
“Hazırda bu barədə düşünmürəm. Çünki mən qəhrəman olmaq üçün hər gün daha çox çalışmalıyam. Ancaq bir gün mütləq “Barselona”da oynayacam”.
“Barselona”nın idman direktoru Robert Fernandes açıqlamasında bidlirib ki, Dembeleni transfer etmək istəsələr də, onun yerinə 30 milyon avro qarşılığında Pako Alkaseri almağı üstün tutublar.
Qeyd edək ki, fransalı futbolçu yayda “Renn”dən “Borussiya”ya transfer olunub.
saytlarin hazirlanmasi