"Vətən" "Neftçi"ni darmadağın etdi LAYİHƏ

16:34 - 14 Oktyabr 2016

Azərbaycanda uşaq futbolunun təbliğatı istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu dəfə çəkiliş qrupumuz U-12 Liqasının 3-cü turu çərçivəsində keçirilən “Vətən” - “Neftçi” matçında olub.

 

Artıq qarşılaşmanın 3-cü dəqiqəsində “Vətən” hesabı açmağa nail oldu. Nəbi Hacıyev fərqləndi. Fasiləyə qədər daha bir imkan əldə etsələr də, hesab dəyişmədi. İkinci hissəyə “Neftçi” yaxşı başladı. Lakin ardıcıl iki qol fürsətini əldən vermələri onlara baha başa gəldi. Müdafiədəki səhvlər ucbatından “Neftçi” 0:4 hesablı məğlubiyyətlə üzləşdi. 3 turdan sonra hər iki komandanın 6 xalı var. Vurulan və buraxılan topların nisbətinə görə “Neftçi” 4-cü, “Vətən” 6-cı pillədə qərarlaşıb.  Çempionatın lideri isə 9 xala malik “Zirə”di.

 

QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Ölkəmizdə uşaq futbolunun təbliğatı üçün çalışan Sportal.az bu layihəni öz imkanları hesabına həyata keçirir.

 

 

U-12 Liqası

 

3-ci tur

 

“Vətən” – “Neftçi” 4:0

 

Qollar: Nəbi Hacıyev, 3, Mərifət Əliyev, 34, 43, Raul Qəhrəmanov 48,

 

 

Xəbər xətti