"Əmrə Mor qırmızı vərəqəyə layiq deyildi"

14:29 - 15 Oktyabr 2016

"Herta"nın müdafiəçisi Sebastyan Lanqkamp "Borussiya"nın futbolçusu Emre Morla epizod zamanı simulyasiya etdiyini etiraf edib.

 

Sportal.az xəbər verir ki, Almaniya Bundesliqasının 7-ci turunun oyununda "Borussiya" - "Herta" 1:1 hesablı heç-heçə ilə başa çatıb. Epizodların birində Lanqkamp başına zərbə vurulduğunu simulyasiya edib və buna aldanan hakim türkiyəli futbolçu Emre Mora qırmızı vərəqə göstərərək meydandan qovub.

 

Oyundan sonra açıqlama verən 28 yaşlı müdafiəçi bunları söyləyib:
 
"Vəziyyəti çox şişirtdim. Çox üzgünəm, Emre Mor qırmızı vərəqəyə layiq deyildi. Təəssüf hissi keçirirəm".

Xəbər xətti