“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində “Barselona”ya uduzduqları oyunu şərh edib.
Sportal.az xəbər verir ki, o, sabiq komandasına uduzduqları oyunu karyerasının ən acı məğlubiyyəti hesab etmədiyini deyib:
“Ötən mövsüm Çempionlar Liqasında “Real”a 0:4 hesabı ilə uduzduq. Həmin görüşdə heç qol epizodu da yarada bilmədik. Ancaq “Barselona” ilə oyunda bir neçə real qol imkanımız oldu. Ona görə də, “Barselona” ilə oyun karyeramın ən acı məğlubiyyəti deyil”.
Qeyd edəkki, “Mançester Siti” ötən gecə səfərdə “Barselona”ya 0:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi