Aquero "Mançester Siti"dən ayrılır?

13:55 - 22 Oktyabr 2016

Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Mançester Siti”nin "Barselona”ya böyükhesabla məğlub olduğu matçda (4-0) komandanın aparıcı üzvləri Serxio Aquero və Vinsent Kompaninin oynamaması səs küyə səbəb olub.

 

Sportal.az xəbər verir ki, "Dailiy Mirror" nəşri iddia edir ki, komandanın baş məşqçisi Pep Qvardiola qışda hər iki futbolçunu komandadan göndərmək istəyir.  Məlumata görə, Aquero mütəxəssisin oyun sisteminə uyğun gəlmir, Kompani isə tez-tez zədə aldığı üçün Qvardiolanın ümidlərini doğrultmur. 
 
İngiltərə Premyer Liqasının VIII turu çərçivəsində baş tuatacaq "Mançester Siti” – "Southempton” oyunundan öncə mətbuat konfransı keçirən mütəxəssis bu məsələlər haqda danışıb:

 

"Öz planlarıma görə qərar verirəm. Mənim klubdakı planlarım arasında Kompani və Aquero da yer alır. Bəs, onlar "Barselona”ya qarı niyə oynamadı? Kompani oynamaq üçün tam hazır deyildi,ona görə də ona şans vermədim. Aquero məsələsi isə tam fərqli qərardı. Mən həmin oyunda daha çox orta xəttən oyun qurmaq istəyirdim. Məhz bu səbəbdən Aqueroya şans vermədim”. 
 
Qvardiola Aqueronun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:

 

"Serxio ayrılmaq qərarı versə, üzülərəm. Ancaq bu, onun qərarı olacaq. Getmək qərarı versə, ona mane ola bilmərəm”.

Xəbər xətti