"Mxitaryanı əyləncə üçün almışıq?"

15:15 - 23 Oktyabr 2016

"Mançester Yunayted"in azarkeşləri klubu "Twitter" sosial şəbəkəsində tənqid atəşinə tutublar. 

 

Sportal.az xəbər verir ki, fanların əsas hədəfi Henrik Mxitaryan olub. Bütün diqqətlər Pol Poqba və İbrahimoviçin üzərində olduğundan, Mxitaryan unudulmuşdu. "Borrusiya"dan böyük məbləğə transfer olunan erməni futbolçu aldığı zədələr səbəbi ilə oyunlarda iştirak etmirdi. "Qırmızı şeytanlar"ın çalışdırıcısı Joze Mourinyonun açıqlamasından sonra isə məlum olub ki, o artıq zədəsini bərpa edib və oynamağa hazırdır. 

 

Azarkeşlər isə "Biz Mxitaryanı əyləncə üçün almışıq?", "Henrik Mxitaryan ötən mövsüm çoxlu qol vurub və məhsuldar ötürmələr edib. Bəs, "Mançester Yunayted"də niyə qonaqdı?", "Əgər oynamayacaqdısa, Mxitaryanı bu məbləğə niyə aldıq?" tipli paylaşımlar ediblər. 

 

Qeyd edək ki, "Mançester Yunayted" Ermənistan millisinin üzvünü 42,5 milyon avro qarşılığında "Borussiya"dan transfer edib. 27 yaşlı yarımmüdafiəçi Premyer Liqada 4 oyun keçirib (107 dəqiqə).

Xəbər xətti