Adı "Real"la hallanan baş məşqçi danışdı

19:16 - 26 Oktyabr 2016

Dortmund "Borussiya"sının baş məşqçisi Tomas Tuçel adının "Real"la hallanması ilə bağlı dedi-qodulara aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "kral klubu"nun yeni baş məşqçisi olacağı ilə bağlı xəbərlərə əhəmiyyət vermədiyini söyləyib. Alman çalışdırıcı "Real"dan çox qarşıdakı matçlar haqda düşündüyünü deyib:

 

"Real"dan çox qarşıdakı oyunları necə qazanacağımız haqda düşünürəm. Belə iddialar baş məşqçilər üçün təhlükəli hal yarada bilər. Diqqətinizi başqa yerə yönləndirsəniz, çox şeyi itirə və uğursuzluq yaşaya bilərsiz. Hazırda yalnız öz komandamla çalışmaq barədə düşünürəm. Başqa bir düşüncəm də yoxdu".

 

Qeyd edək ki, ötən mövsüm Yurgen Kloppun yerinə "Borussiya"nın baş məşqçisi postuna təyin olunan Tuçel, Dortmund klubunu meydana çıxardığı 71 qarşılaşmada 48 qələbə, 13 heç-heçə və 10 məğlubiyyətlə yadda qalıb. Onun Bundesliqa klubu ilə 30 iyun 2018-ci ilədək müqaviləsi var.

Xəbər xətti