"Bavariya"nın futbolçusu Tomas Müller maraqlı açıqlamaları ilə diqqət mərkəzinə gəlib.
Sportal.az xəbər verir ki, Almaniya milli komandasının üzvü həyat tərzindən, meydandakı davranışlarından, çalışdığı baş məşqçilərdən danışıb. Ulduz futbolçu məşhurluqdan şikayətlənməsə də, şöhrətin onun özü ilə bağlı olmadığını düşünür:
"Bavariya" və Almaniya milli komandası hər kəsin diqqət mərkəzində olan bir təşkilatdı. Bunun sayəsində tanınıram. Xüsusi olmaq kimi bir iddiam yoxdu. Sadəcə bildiyim kimi yaşayıram"
27 yaşlı hücumçu indiyə kimi çalışdığı baş məşqçilərdən də danışıb. O, Lui Van Qalın ona daha çox şans verdiyini deyib:
"Mənə ən çox təsir edən məşqçi kimdir" sualına heç düşünmədən Van Qal deyə cavab verərəm. Mənə ən çox o şans verib. Ondan öncə bir matça çıxmışdım, amma mənə güvənən ilk baş məşqçi o olub. Ançelotti bir az sərtdi. O, bizdə özünəinam hissi yarratmaq üçün çalışır".
Müller televiziyada oyunları çox da izləmədiyini bildirib:
"Artıq televiziyada hər oyunu izləmirəm. Əgər vaxtım varsa, bəzilərinə göz atıram. Öz oyunumuz cümə günü olarsa, şənbə günü olan Bundesliqa matçlarını izləmək şansım olur. Amma ilk seçimim bu deyil. Azarkeş olarkən bu fərqli idi. O zaman mütləq oyunları izləyirdim".
saytlarin hazirlanmasi