"Bavariya"nın futbolçusu 8 ay sonra meydana qayıtdı

16:20 - 27 Oktyabr 2016

“Bavariya”nın futbolçusu Holger Badştuber uzun fasilədən sonra yenidən yaşıl meydanlara qayıdıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Almaniya kubokunun 1/16 final mərhələsində  “Auqsburq”la oyunun sonlarında meydana daxil olub.

 

Qeyd edək ki, 8 aydır zədədən əziyyət çəkən alman futbolçu sonuncu dəfə fevralın 10-da “Bohum”la keçirilən kubok oyununda meydana çıxmışdı.

Xəbər xətti