Mxitaryan "Mançester Yunayted"dəki taleyindən danışdı

14:37 - 28 Oktyabr 2016

Yay transfer pəncərəsində Dortmund "Borussiya”sından "Mançester Yunayted”ə keçən Henrix Mxitaryan özünə bəslənilən ümidləri doğrulda bilmir.

 

İddialara görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo Ermənistan millisinin üzvünün transferə çıxarılmasını istəyib.
 
Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Mxitaryan isə ümidli olduğunu və oynamaq üçün var gücü ilə çalışdığını deyib:

 

"Mançester Yunayted"ə transfer olunanda əsas heyətdə oynamağın çətin olacağını bilirdim. "Qırmızı şeytanlar”ın mənim üçün nə qədər pul ödəməsinin önəmi yoxdu. Əsas heyətə düşmək üçün əlimdən gələni etməyə çalışıram. Hər oyun meydana çıxacağımı gözləmirəm. Ancaq bu komandaya kömək etmək üçün əlimdən gələnin ən yaxşını etməyə çalışıram”.
 
Qeyd edək ki, "Mançester Yunayted" Ermənistan millisinin üzvünü 42,5 milyon avro qarşılığında "Borussiya"dan transfer edib. 27 yaşlı yarımmüdafiəçi Premyer Liqada 4 oyun keçirib (107 dəqiqə).

 

Xəbər xətti