DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Almaniya yığmasında baş məşqçiylə müqavilənin yenilənəcəyini xəbər vermişdik.
Sportal.az xəbər verir ki, Almaniya Futbol Federasiyası bundestimin çalışdırıcısı Yoahim Lövlə anlaşmanın müddətini 2020-ci ilədək artırıb. Bu barədə məlumat qurumun rəsmi saytında verilib.
DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Almaniya 3 turdan sonra C qrupuna başçılıq edir. Dünya çempionlarından 2 xal geri qalan yığmamız isə 2-ci pillədədi.
saytlarin hazirlanmasi