Obameyanq bu hərəkətinə görə cəzalanıb

13:51 - 3 Noyabr 2016

Dortmundun "Borussiya” klubunun baş məşqçisi Tomas Tuxelin komandanın hücumçusu Pyer Emerik Obameyanqı Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Sportinq”lə matçdan öncə heyətdən çıxarmasının səbəbi bəlli olub. 
 
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Qabon millisinin üzvünün adı komandadaxili intizamı pozduğu üçün oyunun iştirak ərizəsinə daxil edilməyib. Oyunda iştirak etməyən Obameyanq matçı tribunadan izləməli olub.

 

Forvard oyundan öncə keçirilən iclasda telefonu ilə məşğul olub. Onun bu hərəkəti isə Tuxelin xoşuna gəlməyib.

 

Tuxel görüşdən sonra bildirib ki, o, növbəti matçlarda meydanda ola bilər.

 

Qeyd edək ki, "Borussiya" - "Sportinq" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti