DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Almaniya yığmasının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Yoahim Löv noyabrın 11-də San-Marino ilə keçiriləcək oyun üçün 25 futbolçuya dəvət göndərib.
Almaniya millisinin heyətini təqdim edirik:
Qapıçılar: Manuel Noyer (“Bavariya”), Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”)
Müdafiəçilər: Jerom Boatenq, Mats Hummels, Joşua Kimmix (hamısı “Bavariya”), Benjamin Henrix, Conatan Tah (hər ikisi “Bayer”), Yannik Gerhardt (“Volfsburq”), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Sebastian Rudi (“Hoffenhaym”)
Yarımmüdafiəçilər: Leon Qoretska, Maks Meyer (hər ikisi “Şalke”), Yulian Brandt (“Bayer”), Yulian Veyql (“Borussiya”, Dortmund), İlkay Gündoğan (“Mançester Siti”, İngiltərə), Sami Kedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya)
Hücumçular: Serge Qnabri (“Verder”), Mario Qomes (“Volfsburq”), Mario Götze (“Borussiya”, Dortmund), Tomas Müller (“Bavariya”), Kevin Volland (“Bayer”).