DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Almaniya yığmasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, budestimin aparıcı üzvlərindən olan Toni Kross sıradan çıxıb. Madrid "Real"ının futbolçusu La Liqanın 11-ci turunda "Leqanes"lə matçda (3:0) zədələnib. O, 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
26 yaşlı yarımmüdafiəçi millinin heyətindən kənarlaşdırılıb. Kross Almaniya millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San-Marino ilə və İtaliya ilə keçiriləcək hazırlıq qarşılaşmasında forma geyə bilməyəcək.
Qeyd edək ki, Krossdan başqa "Bavariya"nın müdafiəçisi Jerom Boatenq də zədə səbəbindən milliyə kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi