"Bavariya”nın kapitanı Filip Lam gələcək karyerası haqda danışıb.
Sportal.az xəbər verir ki, "Bild” nəşrinə açıqlama verən 33 yaşlı sağ cinah müdafiəçisi mövsümün sonunda karyerasını başa vura biləcəyini deyib.
Lam bunu yaşı ilə əlaqələndirib: "Əlbəttə, mövsümün sonunda karyeram haqda yekun qərar verəcəyəm. Futbolla vidalaşa da bilərəm. Ancaq bu barədə fikirləşəcəm. 9 ay öncə 2017-ci ildə karyeramı bitirə bilərəm demişdim, indi də eyni fikirdəyəm. Razıyam ki, mövsümün sonuna qədər hər şey ola bilər. Gələcək karyeram çempionluqla deyil, gücümlə bağlıdı. Gücüm yüksək səviyyədə oynamağa yetməyəcəksə, futbolçu karyeramı başa vuracam”.
Qeyd edək ki, Lam 22 ildi "Bavariya”da oynayır. O, bu mövsüm Münhen klubunun keçirdiyi bütün oyunlarda (12 oyun) iştirak edib və 2 qol vurmağı bacarıb.