Rəqibimizdə zədə problemləri

18:31 - 9 Noyabr 2016

Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində San Marino ilə oyuna ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, qapıçı Manul Noyer və yarımmüdafiəçi Yulian Brandt xəstə olduğu üçün bu görüşü buraxmalı olacaq. Daha əvvəl isə Jerom Boatenq və Toni Krossun zədəli olduğu açıqlanmışdı.

 

Qeyd edək ki, San Marino - Almaniya oyunu noyabrın 11-də keçiriləcək.

Xəbər xətti