“Leypsiq” çempionluq formalarını satışa çıxardı

16:05 - 10 Noyabr 2016

Almaniya Bundesliqasının debütantı “Leypsiq” komandası uğurlu çıxışını davam etdiir.

 

Sportal.az xəbər verir ki, son tur doğma meydanda “Mayns”a 3:1 hesabı ilə qalib gələn “Leypsiq” 24 xalla turnir cədvəlinin lideri “Bavariya”ya şərikdir.

 

Birinci dövrənin başa çatmasına 9 tur qalmış “Leypsiq” indidən özünü Bundesliqanın qalibi kimi təqdim edir. Hətta “qırmızı ağlar” çempionluq formalarını satışa çıxarmaqla iddialarını ortaya qoyur. Belədə “Leypsiq” ötən il İngiltərədə sürpriz edən “Lester”in uğurlarını təkrarlamağa çalışacaq.     

 

 

Qeyd edək ki, “Leypsiq” Bundesliqada növbəti oyununu noyabrın 18-də səfərdə Leverkuzen “Bayer”i ilə keçirəcək.      

Xəbər xətti