Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze məşqçilikdə ilk addımlarını atacaq.
Sportal.az xəbər verir ki, 38 yaşında karyerasını başa vuran futbolçu Almaniya millisinin məşqçilər korpusunda yer alıb.
Yığma komandada 137 oyun keçirən və 71 qol vuran Miroslav Kloze məşqçiliyin sirrlərini Yoham Lövdən öyrənəcək. Artıq o, DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə oyuna hazırlaşan Bundestimin ilk məşqində də iştirak edib.
Qeyd edək ki, 16 qol vuran Miroslav Kolze dünya çempionatlarının final mərhələsində ən çox top vuran futbolçudu.
saytlarin hazirlanmasi