"Bavariya"nın futbolçusu üçün 2016-cı il başa çatdı

18:50 - 11 Noyabr 2016

"Bavariya"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin fransız futbolçusu Kinqsli Koman zədələnib. 20 yaşlı yarımmüdafiəçinin durumu ciddidi. Klubun rəsmi saytının yaydığı məlumata görə gənc futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdi ki, Koman üçün 2016-cı il artıq başa çatıb.

 

Qeyd edək ki, müqavilə ilə “Yuventus”a məxsus olan futbolçu “Bavariya”da icarə əsasında çıxış edir.

Xəbər xətti