Millimizin rəqibi "Beşiktaş"ın futbolçusuna göz dikdi

17:54 - 13 Noyabr 2016

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv gözünü "Beşiktaş"ın futbolçusuna dikib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis 26 yaşlı futbolçusu Almaniya millisində görmək istəyir. Almanlar Türkiyə milli komandasında oynamaq istədiyini bildirən yarımmüdafiəçini fikrindən yayındırmaq niyyətindədi.

 

Qeyd edək ki, daha öncə Almaniyanın aşağı yaş qrupları üzrə komandalarının formasını geymiş Tolqay Arslan Türkiyə yığmasında çıxış etmək üçün FİFA-ya müraciət edib.

Xəbər xətti