Almaniyanın “Maynts" klubununn futbolçusu Yunus Mallı yenidən "Borussiya”nın diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, Dortmund klubu 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bundesliqa nəhəngi yay transfer pəncərəsində türk futbolçunu heyətinə qatmaq istəsə də, bu keçid reallaşmamışdı.
"Borussiya"nın baş məşqçisi Tomas Tuxel Mallını "Maynts"da işlədiyi dönəmdən tanıyır. O, keçmiş futbolçusunun transferində israrlıdı.
Qeyd edək ki, Yunus Mallı bu mövsüm Bundesliqada 10 oyuna 5 qol vurub və 2 assist edib.
saytlarin hazirlanmasi