Lam: "Bavariya" mənim həyatımın xüsusi bir hissəsidir"

13:28 - 17 Noyabr 2016

“Bavariya”nın kapitanı Filipp Lahm Almaniya mətbuatına açıqlama verib.


Sportal.az xəbər verir ki, alman müdafiəçi “Bavariya”nın onun həyatındakı rolundan danışıb:


“Bu komandaya gəldiyim ilk vaxtlarda futbolçularla tanış olmaq üçün səbirsizlənirdim. Hər zaman kənardan izlədiyim oyunçularla birlikdə oynamaq doğurdan da möhtəşəm bir hiss idi. Mən bugünki vəziyyətimə bir çox mərhələlərdən keçərək gəlmişəm. “Bavariya” mənim həyatımın xüsusi bir hissəsidir. Burada U-15, U-17, U-19 yığmalarında oynayaraq başlamışam. 1995-2004-cü illərdə öyrəndiyim futbol mənim üçün böyük təcrübə olub. Düşünürəm ki, məşğul olduğum idman sahəsindən asılı olmayaraq, hər bir idmançı öz üzərində çalışmalıdır. Xüsusilə, əgər onu sevən bir kütlə varsa”.

 

Qeyd edək ki, 33 yaşlı futbolçu bu illər ərzində dünya çempionatı, Çempionlar Liqası və Almaniya Bundesliqasının qalibi olub.

Xəbər xətti