Dortmund "Borussiya"sının futbolçusu Emre Mor Almaniyada keçirdiyi 6 ayı dəyərləndirib.
Sportal.az xəbər verir ki, sabiq klubu "Nordşelland"ın televiziyasına danışan Türkiyə millisinin üzvü çətinliklər çəkdiyini deyib. O, Almaniyada futbol oynamağın çətin olduğunu bildirib:
"Qarışıq, amma çox gözəl bir dönəm keçirdim, çox yaxşı təcrübələr qazandım. Ancaq buna baxmayaraq mentalitet cəhətdən mənim üçün çətin oldu. Başqa ölkədə futbol oynamaq tamamilə fərqlidi, xüsusən də Almaniya da çox çətindi".
İlk 6 ay üçün pozitiv danışan türk futbolçu "Başlanğıca baxdıqda, indi daha çox forma şansı qazanıram. Forma geydiyim anlarda vəzifəmi yaxşı yerinə yetirdiyimi düşünürəm. 6 aylıq zamanda bu qədər çox oynamaq şansı əldə etməyim önəmlidi. Nəticə olaraq ilk 6 ay çətin, amma, öyrədici və pozitiv keçdi" deyərək Dortmundakı gələcəyinə ümidlə baxdığını ifadə edib.
saytlarin hazirlanmasi