“Bavariya”nın müdafiəçisi Jerom Boatenq "Borussiya" ilə oyunöncəsi açıqlama verib.
Sportal.az xəbər verir ki, futbolçu Pyer-Emerik Obameynaq və Robert Levandovskini müqayisə edib:
“Bu 2 futbolçudan hansının yaxşı oynadığını demək çətindir. Robert mənim komanda yoldaşımdır. Obameyanqla isə dəfələrlə “Borrusiya”ya qarşı oyunlarda qarşılaşmışam. Hər ikisi ən yaxşı hücumçulardan biridir. Lakin Levandovski bir az ondan daha yaxşıdır”.
Almaniya millisinin üzvü “Borussiya” ilə keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb:
“Borrusiya” bizim ən böyük rəqiblərimizidən biridir. Rəqibləri üçün hər zaman çətinlik yaradır. Lakin biz oradan xalla qayıtmaq istəyirik”.
Qeyd edək ki, "Borussiya" - "Bavariya" matçı noyabrın 19-u, BAkı vaxtı ilə saat 21:30-da baş tutacaq.
saytlarin hazirlanmasi