Almaniya Bundesliqasında turun mərkəzi qarşılaşması Dortmundda baş tutub.
Sportal.az xəbər verir ki, “Borussiya” doğma meydanda əzəli rəqibi “Bavariya”nı qəbul edib.
11-cu dəqiqədə Obameyanqın vurduğu qol Dortmund təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb. Bu oyunda “Bavariya”nı dəstəkləyən münhenli azarkeşlər evə qayıdarkən qəzayla üzləşiblər. Belə ki, münhenli fanatları səfərlərə daşıyan avtobusda yanğın baş verib. Avtobusun nasaz işlədiyini görən sürücü azarkeşlərdən salonu tərk etməsini tələb edib. Nəticədə 200 min avro dəyərində olan avtobus yanıb külə çevrilsə də, xöşbəxtlikdən azarkeşlər xəsarət almayıb.
Qeyd edək ki, avtobusda 50 nəfər azarkeş yer alıb.
saytlarin hazirlanmasi