"Bavariya"nın yeni prezidenti seçildi

12:21 - 26 Noyabr 2016

Uli Höness yenidən “Bavariya”nın prezidenti seçilib.

 

Sportal.az xəbər verir ki, Höness hər il keçirilən iclasdakı səsvermənin nəticələrinə görə, əvvəlki postuna qayıdıb. 64 yaşlı Höness bu vəzifəyə yeganə namizəd idi.

 

Səsvermədə iştirak edən şəxsləriin 98,5 faizi ona səs verib. Höness 2014-cü ilin mart ayında ona qarşı vergidən yayınma ittihamları irəli sürüldüyünə görə vəzifəsindən istefa vermişdi.

 

O, üç il yarım azadlıqdan məhrum edilmiş və həbsxanadan bu ilin fevral ayında, vaxtından əvvəl çıxmışdı. Bu müddətdə “Bavariya”nın prezidenti postunu Karl Xopfner tutmuşdu.

 

Xəbər xətti