Bundesliqada cari mövsüm məğlubiyyətsiz irəliləyən debütant “Leyptsiq” Almaniya futbolunun tarixinə düşüb.
Sportal.az xəbər verir ki, Bundesliqanın 12-ci turunda “Frayburq” üzərində qazanılan qələbə (4:1) rekordla əlamətdar olub. Belə ki, “Leyptsiq” Bundesliqada debüt ilində ardıcıl 12 oyun uduzmayan ilk Almaniya klubu olub.
Qeyd edək ki, 12 turdan sonra 9 qələbə qazanan və 3 oyunda heç-heçə edən “Leyptsiq” 30 xalla liderdir.
saytlarin hazirlanmasi