Rusiya millisinin üzvü Aleksandr Səmədov klubunu dəyişmək üzrədi.
Sportal.az xəbər verir ki, "Lokomotiv”in futbolçusu yaxın günlərdə Moskvanın digər təmsilçisi "Spartak”la müqavilə imzalayacaq.
Bu barədə məlumatı "Sport-Express” yayıb. Mənbənin məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "qırmızı-ağlar”la 2 illik müqavilə imzalayacaq. "Spartak”ın futbolçu üçün "dəmiryolçular”a 5 milyon avro ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Səmədov əslən Azərbaycandan olsa da, Rusiya millisinin uğurları üçün çalışır.
saytlarin hazirlanmasi