"Qəbələ"nin rəqibinin futbolçusu: "Gələcəkdə Türkiyədə oynaya bilərəm"

01:03 - 30 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"ni rəqibi olan "Maynz"ın türk futbolçusu Yunus Mallı ölkəsinin mətbuatına açıqlama verib.

 

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi cari mövsümdəki çıxışını dəyərləndirib. Türkiyə milli mövsümə yaxşı başladığını bildirib:

 

"Mövsümə yaxşı başlamışam. Məqsədim belə çıxışımı davam etdirməkdi. Növbəti hədəfim bir qol da vurub, klubun tarixinə ən çox qol vuran futbolçu kimi düşməkdi. Baş məşqçimiz nə tapşırıq verirsə, yerinə yetirirəm, amma ən yaxşı oynadığım mövqe forvardın arxasıdı".

 

Gənc futbolçu hədəfinin Avropada qalmaq olduğunu deyib:

 

"İndi yox, bəlkə də gələcəkdə Türkiyədə oynaya bilərəm. Hazırda əsas düşüncəm Avropada qalmaq və karyeramı burada davam etdirməkdi. Özümü Almaniyada xoşbəxt hiss edirəm. Burada qalmağa davam edəcəm".

Xəbər xətti