"Bavariya"da qalmaq istəyirəm"

17:55 - 30 Noyabr 2016

Mövsümün sonunda "Bavariya"yla müqaviləsi başa çatacaq olan Xabi Alonso Almaniya klubunda qalmaq istədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi gələcəyiylə bağlı sualları cavablandırıb. Mövsümün sonunda Münhen klubuyla sözləşməsi bitəcək 35 yaşlı futbolçu müqaviləsini uzatmaq istədiyini deyib:

 

"Bavariya"yla müqaviləmi uzatmaq istəyirəm. Burada qalmaq arzusundayam. Çünki özümü Münhendə yaxşı hiss edirəm. Münhen mənim və ailəm üçün doğru şəhərdi və burada çox rahatıq"

 

Hələ ki, gələcəyiylə bağlı plan qurmadığını ifadə edən təcrübəli yarımmüdafiəçi "Mövsümün bitməsinə hələ çox qalıb. Yaxın zamanlarda nələrin olacağını görəcəyik" deyə fikirlərini yekunlaşdırıb.

Xəbər xətti