İlin ən gözəl qoluna 3 namizəd

19:06 - 2 Dekabr 2016

FİFA “İlin ən gözəl qolu”na namizədlərin siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Ferents Puşkaş mükafatına üç namizəd qalıb.
 
Bunlar braziliyalı Marlon, venesuelalı Danyuşka Rodriges və malayziyalı Mohd Faiz Subridi. Azarkeşlərin FİFA-nın rəsmi saytındakı səsverməsi nəticəsində onlar arasında ən yaxşı qol müəllifi bəlli olacaq.
 
Qeyd edək ki, mükafatçıların adları 2017-ci il yanvarın 9-da açıqlanacaq.

Xəbər xətti