Almaniya Bundesliqasında XIII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, hesabat turunda mövsümün sürpriz komandası "Leyptsiq" doğma azarkeşləri önündə "Şalke" ilə üz-üzə gəlib.
Meydan sahibləri rəqibi üzərində 2:1 hesablı qələbə qazanaraq xallarının sayını 33-ə yüksəldib. Bundesliqada məğlubiyyət acısı yaşamayan "Leyptsiq" "Bavariya"nı 3 xal qabaqlayaraq 1-ci pillədə qərarlaşıb.
"Leyptsiq” - 2:1 "Şalke"
Qollar: Timo Verner, 2, Sead Kolaşinaç, 47 (avtoqol) - Sead Kolaşinaç 39
saytlarin hazirlanmasi