"Bavariya" aparıcı futbolçularından olan Robert Levandovskiylə müqavilə müddətini uzatmaq niyyətindədi.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi yaxın günlərdə polşalı hücumçuyla danışıqlar masasına əyləşəcək. 28 yaşlı forvarda illik 12 milyon avro məvacib təklif ediləcəyi bildirilir.
Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir. O, Bundesliqa nəhənginin heyətində meydana çıxdığı 76 matçda 56 dəfə fərqlənməyi bacarıb.
saytlarin hazirlanmasi