"Maynts"ın baş məşqçisi: "Turniri qələbə ilə yekunlaşdırmaq istəyirik"

13:47 - 6 Dekabr 2016

"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin VI turunda "Maynts"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "keçilər"in baş məşqçisi Martin Şmidt "Qəbələ" ilə oyunun xüsusi bir əhəmiyyət daşımadığını bildirib:

"Turniri qələbə ilə yekunlaşdırmaq istəyirik. Artıq bu oyunun heç bir əhəmiyyəti yoxdur. İlk dəfə çıxış etdiyimiz turnirdə yaxşı təcrübə qazandıq. Amma "Anderlext"ə 1:6 hesablı məğlubiyyət bizim üçün rüsvayçı nəticədir, bunu qəbul edirəm. "Qəbələ"yə qalib gələrək "Borussiya" Münhenqladbaxla matça yaxşı əhval ruhiyyədə hazırlaşmaq istəyirik".

 

Qeyd edək ki, "Maynts" - "Qəbələ" matçı 8 dekabr Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Xəbər xətti