"Borussiya"nın futbolçusu 27 yaşında karyerasını başa vurdu

00:00 - 7 Dekabr 2016

Almaniya Bundesliqasında çıxış edən "Borussiya" Münhenqladbaxın futbolçusu Alvaro Dominges karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, belindən 2 dəfə əməliyyat keçirən futbolçu karyerasını erkən bitirmək qərarına gəlib.

 

Qeyd edək ki, Madrid "Real"ının yetirməsi olan 27 yaşlı ispaniyalı müdafiəçi karyerası ərzində "Atletiko" və "Borussiya" Münhenqladbaxda çıxış edib. Dominges İspaniya millisinin heyətində 2 oyun keçirib.

Xəbər xətti