“Bavariya”nın müdafiəçisi Mats Hummels açıqlama verib.
Sportal.az xəbər verir ki, Hummels “Borussiya”da birgə çalışdığı və hazırda “Liverpul”da baş məşqçi olan Yurgen Klopp haqda danışıb:
“Liverpul”un oyunlarını izləyirəm və bəynirəm. Düzdür, “qırmızılar”ın azarkeşi deyiləm, sadəcə Yurgen Kloppun qələbələr qazanamasını istəyirəm. O, uğur qazanmağın yollarını yaxşı bilir”.
Almaniya millisinin üzvü açıqlamasında spirtli içkiləri sevmədiyini bildirib:
“Spirtli içkilərlə aram yoxdu. Məsələn, pivəni xoşlamıram. 15 dəfə sınamışam, amma dadı çox pisdir. Bir dəfə içinə çoxlu limon atdım. Ancaq yenə də yaxşı dad vermədi, çox pisdir”.
saytlarin hazirlanmasi