"Bavariya" klubunun futbolçusu Frank Riberi açıqlama verib.
Sportal.az xəbər verir ki, komandası ilə 2018-ci ilə qədər müqavilə imzalayan fransız yarımmüdafiəçi Avropada çıxış etdiyi son klubun "Bavariya" olduğunu söyləyib:
"Avropada oynayacağım son klub "Bavariya" olacaq. Bilirəm ki, burada qapılar hər zaman mənim üçün açıqdır".
Qeyd edək ki, Frank Riberi 2007-ci ildə Fransanın "Marsel "klubundan "Bavariya"ya transfer olub.
saytlarin hazirlanmasi