"Bavariya"nın hollandiyalı futbolçusu Aryen Robben Çempionlar Liqasında rəqibləri olan "Arsenal" haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu son 5 ildə 4-cü dəfə rəqib olduqları İngiltərə klubunu hər dəfə məğlub etdiklərinə diqqət çəkib. Robben 1/8 finalın "Arsenal" üçün ÇL-da sonuncu mərhələ olacağını deyib:
"Arsenal" üçün ən böyük hədəf 1/4 finala yüksəlməkdi. Ancaq "Bavariya"nın hədəfi hər zaman olduğu kimi, bu dəfə də final oynamaqdı. Onlarla indiyə kimi oynadığımız bütün matçları qazandıq, amma bu dəfəki, qarşılaşma əvvəlkilərdən çətin ola bilər"
2009-cu ildən Münhen təmsilçisinin şərəfini qoruyan 32 yaşlı futbolçu klubuyla yeni müqavilə imzalayıb-imzalamayacağının hələ bəlli olmadığını söyləyib:
"Hələ ki, yeni bir şey yoxdu. Əgər bir yenilik olsa, öyrənəcəksiniz. Mənim üçün hazırda ən önəmli olan oyunumdan zövq almaq və formada qalmaqdı"
saytlarin hazirlanmasi