"Borrusiya" Dortmund klubunun direktoru Maykl Zork "Liverpul"un Kristan Pulişiçi transfer etmək istəməsi haqda gəzən şayiələrə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi komandanın 18 yaşlı futbolçunu satmayacaqlarını bildirib:
"Pulişiç gələcək vəd edən futbolçularımızdandır və onu satmayacağıq. O, bizim planımızın böyük bir hissəsidir. "Liverpul" vaxtını boş yerə itirməsin".
Qeyd edək ki, "Liverpul" bu ilin yayında 18 yaşlı futbolçunu almaq istədiklərini bildirmişdi, lakin "Dortmund" təmsilçisi bu təklifə müsbət cavab verməmişdi.
saytlarin hazirlanmasi