"Növbəti 2-3 ildə "Qızıl top"u Ronaldo və Messi qazana bilər"

01:01 - 16 Dekabr 2016

"Bavariya"nın çalışdırıcısı Karlo Ançelotti Kriştiano Ronaldonun "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib. 


Sportal.az xəbər verir ki, təcrüəli mütəxəsssis ulduz futbolçunun bu mükafata layiq olduğunu bildirib. 


"Heç kəs şübhə etmir ki, növbəti 2-3 ildə də bu mükafatı Ronaldo və Messi yenidən qazana bilər. Ronaldo bu il "Real"la Çempionlar Liqasının, Portuqaliya ilə isə Avropa çempionatının qalibi oldu. Bu mükafatın ona verilməsi çox ədalətli oldu. Mən Ronaldonun bu cür nə qədər davam edəcəyini deyə bilmərəm, ancaq o artıq qocalır. Yaş amili onun oyununa da təsirini göstərəcək. Ronaldo və Messidən sonra bu mükafata layiq futbolçulardan biri Robert Levandovskidir".

 

Xəbər xətti