Almaniya Bundesliqasında mübarizə aparan "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi Ekvadorun "Barselona" klubunda forma geyinən Andersson Ordenezi rənglərinə bağlayıb. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Klubun rəsmi saytında yer alan xəbərə görə, gənc mərkəz müdafiəçisi 2017-ci ilin yanvar ayının 1-də yeni klubunun düşərgəsinə qatılacaq.
saytlarin hazirlanmasi