Daha bir il "Bavariya"da

02:25 - 17 Dekabr 2016

Braziliya millisinin üzvü Rafinya "Bavariya" ilə yeni müqavilə imzalayıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Bildirilib ki, 31 yaşlı oyunçu ilə müqavilənin müddəti 2017/2018 mövsümünün sonuna kimi uzadılıb.

 

Qeyd edək ki, Rafinya 2011-ci ildən Münhen təmsilçisinin uğurları üçün çalışır. O, komandanın heyətində 186 oyun keçirib.

 

Xəbər xətti