"Bavariya"da ciddi itki: 3 aylıq sıradan çıxdı

11:55 - 17 Dekabr 2016

“Bavariya” ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Münhen klubunun müdafiəçisi Jerom Boatenq sıradan çıxıb. Klubdan edilən açıqlamada həkimlərin müayinəsindən sonra futbolçunun ayağında iki müxtəlif zədə olduğu müəyyənləşdiyi, zədələrdən birinin 2, digərinin isə 3 aya sağalacağı qeyd edilib.

 

Bundesliqanın növbəti turunda “Darmştadt”la qarşılaşacaq “Bavariya”nın həmin oyunda Boatenqlə yanaşı, Frank Riberi, Aryen Robben, Xavi Martines, Mats Hummelsin də xidmətindən istifadə edə bilməyəcəyi deyilir.

 

Xəbər xətti