"Fənərbaxça"da ayrıldıqdan sonra işsiz qalan Vitor Pereyranın yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Almaniyada çalışacaq. 48 yaşlı mütəxəssis Almaniya II Bundesliqasında mübarizə aparan "Münhen 1860" klubu ilə anlaşıb.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda bildirilib ki, tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pereyra məşqçilik karyerası ərzində "Portu" və "Olimpiakos" kimi klublarda da çalışıb.
saytlarin hazirlanmasi