"Qəbələ"nin sabiq baş məşqçisi: "Bütün Azərbaycan onun oyununu izləyirdi"

11:58 - 27 Dekabr 2016

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Moskva “Lokomotiv”ini çalışdıran Yuri Syomin açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis “Qəbələ”nin sabiq futbolçusu və “Krasnodar”ın uğurları üçün tər tökən Marat İzmayılov haqda danışıb:

 

“İzmayılov möhtəşəm futbolçudur. O, “Krasnodar”a gələndə 1 il futbolsuz qalmışdı. Halbuki daha əvvəlki mövsüm 90 faiz meydanlarda olmuşdu. Marat “Qəbələ”də çıxış edəndə bütün Azərbaycan onun oyununu izləyirdi.  O, karyerasında yaxşı oyunlar keçirib. İzmayılov funksional vəziyyətlərinə görə, çox şeyə qadirdir”.

 

Qeyd edək ki, Marat İzmayılov 2014-cü ildə "Qəbələ"də çıxış edib.

Xəbər xətti