Lam: "Karyeramı bitirdikdən sonra məşqçi kimi çalışmağı düşünmürəm"

14:33 - 28 Dekabr 2016

“Bavariya”nın kapitanı Filipp Lam karyerası ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını bitirəndən sonra məşqçi olmağı düşümədiyini söyləyib:

 

“Futbolçu karyeramı bitirdikdən sonra məşqçi kimi çalışmağı düşünmürəm. Baxmayaraq ki, futbol sahəsində çox böyük təcrübəm var. Daha çox bizneslə məşğul olmaq istəyirəm. Bir neçə kompaniyada səhmlərim var. Bu sahə mənə çox maraqlı gəlir”. 

 

Qeyd edək ki, Lam 2002-ci ildən Münhen klubunda çıxış edir.

Xəbər xətti