Rusiya Premyer Liqasında mübarizə aparan “Anji”nin yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Mahaçqala klubunun “sükan"ı erməni mütəxəssis Aleksandr Qriqoryana həvalə edilib. O, bu postda Pavel Vrbanı əvəz edib.
Qriqoryanın son iş yeri Rusiyanın birinci divizion təmsilçisi “SKA-Xabarovsk” olub.
Rusiya Premyer Liqasının cari mövsümündə 17 turdan sonra hesabında 20 xal olan “Anji” 16 komanda arasında 11-ci pillədə yer alıb.