Türkiyə millisinin üzvü Yunus Almaniyada Mallı klubunu dəyişib.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu 2011-ci ildən çıxış etdiyi "Maynts" klubundan ayrılıb. Bu barədə məlumatı "Maynts"ın rəsmi saytı yayıb.
Məlumatda bildirilib ki, Yunus yenidən Almaniyada çıxış edəcək. O, digər Bundesliqa təmsilçisi "Volfsburq"a keçib. Mallı yeni klubu ilə 2021-ci ilin yayına qədər müqavilə imzalayıb. "Volfsburq" bu transfer üçün "Maynts"a 12,5 milyon avro ödəyib.
Qeyd edək ki, hücumameyilli yaırmmüdafiəçi ötən ildən Türkiyə millisinə dəvət alır.
saytlarin hazirlanmasi