"Borussiya"dan Obameyanqın Çinə gedəcəyi ilə bağlı açıqlama

13:48 - 6 Yanvar 2017

“Borussiya”nın hücumçusu Pyer-Emerik Obameyanqın Çinin “Şanxay SİPG” klubuna transfer ediləcəyiylə bağlı xəbərlərə Dortmund təmsilçisi münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Saşa Fliqqe çinlilərin qabonlu hücumçu üçün 150 milyon avro təklif etməsi barədə xəbərlərə belə cavab verib:


“Borussiya”ya hansısa təklif gəlməyib. Ehtimallar barədə danışmırıq”.

 

Xatırladaq ki, bir müddət öncə yerli mətbuatda Çinin “Şanxay SİPG” klubunun Obameyanqa görə Dortmund klubuna 150 milyon, futbolçunun özünə isə illik 41 milyon avro ödəməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.

 

Xəbər xətti