Almaniya bundesliqasında 2016/2017-ci il mövsümünün ilk yarısının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, ən yaxşı adına Dortmund "Borussiya"sının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq layiq görülüb. 27 yaşlı qolçu bundesliqada oynayan 238 futbolçu arasında keçirilən sorğunun nəticələrinə əsasən 1-ci olub. O, ümumi səslərin 33,1 faizini toplayıb.
İkinci pilləsin sahibi 23.1 faiz səslə "Leyptsiq"in futbolçusu Emil Forberg olub. "Bavariya"nın futbolçusu Robert Levandovski isə 14.3 faiz səslə 3-cü olub.
saytlarin hazirlanmasi